MƏHSULLARIN  YERLƏŞDIRILMƏSI  QAYDALARI

eGallery.art saytında məhsul yerləşdirilməsi İstifadəçi razılaşması ilə tənzimlənir.

Məhsulların Yerləşdirilməsi Qaydalarının (bundan sonra Qaydalar) pozulması və ya istifadəçilərin məhsul üzrə çoxsaylı şikayətləri həmin məhsulların və eyni zamanda məhsul sahiblərinin şəxsi hesablarının bloklanması ilə nəticələnə bilər.

Nəzərdə saxlayın ki, bütün məhsullar onlara əlavə xidmətlərin (Premium, VIP və digər) tətbiq edilib-edilməməsindən asılı olmayaraq qaydalara uyğun olmalıdır. Qaydaların pozulması halında hətta ödənişi həyata keçirilmiş məhsullar da blok oluna və ya silinə bilər.

Ticarət platformasının bütün istifadəçiləri üçün bərabər şəraitin təmin edilməsi məqsədilə hər kəs məhsul yerləşdirməzdən əvvəl eGallery.ART-ın qaydaları ilə tanış olmalıdır.

Məhsul yerləşdirmə qaydaları və tərkib hissələri

  • Məhsulun yerləşdirilməsi
    • Yerləşdirilmiş məhsullar təkrarlanmamalı və saytın qaydalarına zidd olmamalıdır.
    • Sayta yerləşdiriləcək məhsul və ya xidmət saytda olan digər məhsul vəya xidmətin kopyası ola bilməz.
    • Əgər bir əsər üzərində bir geçə satıcı işləyibsə, bunu satış panelin-dən tənzimləməlisiniz. Əks halda məhsul silinə bilər.
    • Məhsul yerləşdirərkən əmin olmalısınız ki, məhsul saytın qaydalarına tam olaraq uyğundur. Məhsul dərc edildikdən sonra belə administrasiya tərəfindən təkrar yoxlama zamanı qayda pozuntusu aşkar edilərsə, həmin məhsula düzəliş etmək və saytdan silmək hüququnu administrasiya özündə saxlayır.
    • Saytda eyni zamanda iki və daha çox təkrar məsul aşkar olunarsa, təkrar olan məhsullar silinir.

  • Şəxsi əlaqə məlumatları
    • Şəxsi əlaqə vasitələri düzgün qeyd olunmalıdır: ad, elektron poçt ünvanı, telefon nömrəsi.
    • Qeydiyyatdan keçərkən işlək olan elektron poçt ünvanından istifadə etməlisiniz. İşlək olmayan e-poçt ünvanından istifadə etdikdə Qeydiyyatın tamamlanması Link-ini əldə etməyəcəksiniz və adı çəkilən əməliyyatı həyata keçirə bilməyəcəksiniz. Bir istifadəçinin (hüquqi və ya fiziki şəxs kimi) yalnız bir istifadəçi hesabı ola bilər. Texniki analiz əsasında bir istifadəçiyə məxsus bir neçə hesab aşkarlandıqda sistem tərəfindən təkrar kimi nəzərə alınacaq və avtomatik ləğv ediləcək və ya bloklanacaq.
      İstifadəçilərə istifadəçi hesablarını (istifadəçi hesabına daxil olmaq üçün lazım olan məlumatları) icarəyə vermək/götürmək və ya özgəninkiləşdirmək qadağandır.
    • Mütləq şəkildə işlək və özünüzə məxsus telefon nömrəsi göstərin – bu sizin sürətli və uğurlu əməliyyat aparma şansınızı yüksəldəcək. Telefon nömrəsi müvafiq sətirdə qeyd olunmalıdır. Telefon nömrəsinin məhsulun başlığında və ya məzmuna qeyd olunması qadağandır.
      Nəzərdə saxlayın ki, digər şəxsə narahatlıq yaratmamaq məqsədi ilə başqa bir şəxsin nömrəsini qeyd etmək qadağandır və bu sizin istifadəçi hesabınızın bərpa hüququ olmadan blok olunmasına səbəb olacaq. Hesabda telefon nömrəsi səhv qeyd olunubsa, hesab saytdan silinəcək.
      İstifadəçi yerləşdirdiyi məhsulun dəqiqliyinə, tamlığına, onun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna, məhsulda yerləşdirilən məlumatların üçüncü şəxslərin hüquqlarını pozmamasına və onların iddialarından azad olmasına görə məsuliyyət daşıyır.
  • Məhsulda düzəlişlərin edilməsi
    • Məhsulda düzəliş etmək üçün hesabınıza daxil olduqdan sonra Satış Paneli hissəsindən seçdiyiniz məhsula aid dəyişiklikləri həyata keçirə bilərsiniz.
    • Məhsulda düzəliş etməklə onu irəli çəkmiş olmursunuz. Bu funksiya yalnız məhsuldakı şəkil, məzmun və qiymət dəyişiklərini həyata keçirir.
    • Düzəliş edilmiş məhsul qaydalara uyğun deyilsə, silinir.
  • Yanlış kateqoriyada yerləşdirilən məhsullar
    • Məhsulun Janrı(Mövzusu), Texnikası, Materialı, məhsulun başlığındakı adına uyğun olmayan kateqoriyada yerləşdirilməsi və/və ya məzmununda saytın istifadəçilərində anlaşılmazlıq yarada biləcək digər məlumatların yerləşdirilməsi qadağandır.
    • Məhsullar bağlı düzgün məlumatlar yerləşdirin. Məhsuldakı bütün məlumatlar həqiqəti əks etdirməlidir.
    • Məhsulunuzun məzmununa maksimum ən uyğun kateqoriya, tip, görünüşü seçin – bu onun həm potensial müştərilər, həm də axtarış sistemləri tərəfindən tapılması şansını yüksəldir.
    • Məhsulun yanlış kateqoriyada və ya bölmədə yerləşdirilməsi onun silinməsinə və ya daha uyğun kateqoriya və ya bölməyə köçürülməsinə səbəb ola bilər.
  • Başlıq
    • Məhsulun başlığı qısa, təqdim olunan məhsul və xidmətlərə uyğun və münasib olmalıdır. Başlıq – potensial müştərinin diqqətinə çatdırılan ilk şeydir. Çalışın ki, onu dəqiq və qısa edəsiniz (maksimum simvol sayı: 100). Başlıqda yol verilmir:
    • Bütünlüklə və ya ayrı-ayrı sözlərdə baş hərflər (abreviaturalar (ixtisarlar) istisna olmaqla):
  • Əlaqə məlumatları (telefon nömrəsi, elektron poçt ünvanı, sayt ünvanı):
    • Düzgündür: Avtomobil ehtiyat hissələri
    • Qadağandır: Avtomobil ehtiyat hissələri, 123-45-67 zəng edin
    • Düzgündür: Divan və kreslo
    • Düzgündür: Telefon üçün çexol
    • Qadağandır: Telefon üçün çexol, telefonucunuzluk.az daxil olun
  • Qeyri-hərf simvollar (*^@<>), həmçinin, çoxlu sayda nida (!!!!!) və ya sual (????) işarələri:
    • Düzgündür: Büllur güldan
    • Qadağandır: <<@**Büllur güldan!!!!!!!!**@>>
  • Təkrarlanan açar söz və ifadələrin (teqlər) yığımı. Axtarış sistemləri onları spam kimi qəbul edə və indeksləşdirməyə bilər və bu da reklamınızın axtarış nəticələrində çıxmamasına səbəb olar;
    • Düzgündür: Sifarişlə portret
    • Qadağandır: Portret sifariş etmək. Sifarişlə portret Bakı. Bakı portret sifariş etmək Bakıda. Bakı portret Bakının şəkli üzrə portret. Bakı portret Bakıda sifarişlə. BAKI PORTRET SİFARİŞ ETMƏK Art Studiyada AKSİYA Bizimlə həmişə qazanclıdır!
  • Məbləğ; Mübadilə; Pulsuz
    • Məhsulda Məbləğ parametrini təyin etmək bu parametrin nəzərdə tutulduğu kateqoriyalarda məcburidir. Əgər siz məhsulu razılaşdırılmış məbləğə satmaq istəyirsinizsə, istədiyiniz məbləği daxil edin, ancaq “Təsvir” hissəsində açıqlama verin. Məhsulun real bazar qiymətinə uyğun olan qiymət qeyd olunmalıdır.
  • Məhsulun təsviri (xarakteristikası)
    • Potensial müştərilər daim açar sözlər vasitəsilə konkret məhsulu axtarırlar. Bu səbəbdən bir yerləşdirmədə ona aid qiymət və şəkillə birlikdə yalnız bir məhsulun (predmetin, obyektin) göstərilməsi çox vacibdir.
    • Təsvir hissəsində müxtəlif kateqoriyalara və bölmələrə aid olan bir neçə məhsulun qeyd olunmasına yol verilmir. Məsələn, bir məhsulda eyni anda rəsm və sculpture , handmade və print, xalça və aksesuar və s. yerləşdirilməməlidir.
    • Təsvir tam şəkildə başlığa və təklif olunan məhsula/xidmətə uyğun olmalıdır. Mətnin ilk 2-3 sətri məhsulunuzun ən cəlbedici hissəsi olmalıdır, çünki ilk gözə çarpan başlıq və məhsulun mətninin ilk cümləsidir. Qrammatik cəhətdən düzgün və diqqətlə yazın, yazı səhvlərinə yol verməyin, fikirlərinizi dəqiq ifadə edin.
    • Məhsulun bütün detalları, xüsusiyyətləri və xarakteristikaları təsvirdə göstərilməlidir. Təsvir əvəzinə məhsul haqqında müştərinin daha ətraflı tanış olması üçün yalnız keçid linki yerləşdirməyin. Həmçinin, rəqib servislərə keçid linkləri də qadağandır.
    • Dəqiq olmayan və ya yanlış məlumatın göstərilməsi, həmçinin, məhsulların qüsurlarının gizlədilməsi məhsulun silinməsinə səbəb ola bilər.
    • Məzmun və məna baxımından təkrar olan məhsulun yerləşdirilməsi qadağandır.
    • Nəzərdə saxlayın:Təsvirdə telefon nömrəsinin, elektron poçt ünvanının, Skype, Instagram, Facebook və digər sosial şəbəkələrdəki hesabların linklərinin göstərilməsi qadağandır. Telefon nömrəsi və elektron poçt ünvanı üçün xüsusi sətir mövcuddur.
  • Şəkil
    • Məhsulunuza mütləq şəkil əlavə edin (hər başlıq üzrə 40-a qədər şəklə icazə verilir). Nəzərə çarpmayan şəkillərin yer aldığı analoji məhsullardan fərqli olaraq məhsulun keyfiyyətli, dəqiq və real şəklini görən müştəri sizin təklifinizlə daha çox maraqlanacaq.
    • Şəkillər düzgün perspektivlə çəkilməlidir.
    • Şəkillər keyfiyyətli olmalıdır.
    • Şəkillərdə loqotip və ya hər hansı başqa bir watermark nümunəsiu olmamalıdır.
    • Şəkillərdə reklam xarakterli məlumat olmamalıdır. Eləcə də, hər hansı əlaqə vasitəsinin (mobil nömrə, sayta keçid linki, Skype, ICQ, sosial şəbəkə ID-ləri, digər messencerlərin və oxşar şəbəkələrin ID-ləri, həmçinin, rəqib servislərin loqotiplərinin) göstərilməsi qadağandır.
    • Məhsulu/xidməti təsvir edən şəkil başlığa və məhsulun mətninə uyğun olmalıdır. Şəkildə yalnız təklif olunan obyekt nümayiş etdirilməlidir.
    • Təsvir edilən obyektin aydın seçilmədiyi, keyfiyyətsiz şəklin əlavə edilməsinə yol verilmir. Həmçinin, erotik və pornoqrafik tərkibli şəkillərin yerləşdirilməsi qadağandır.
    • Stokdan götürülmüş bütün hazır fotolar, arxa fonunda mağaza vitrinləri görünən, internetdən götürülmüş və ya kataloqlardan skan edilmiş, bir sözlə, satılan real məhsulla heç bir əlaqəsi olmayan fotoşəkillər ciddi şəkildə araşdırılacaq və dərc olunmaya bilər.
    • Xahiş olunur, məhsulun moderasiyadan uğurlu şəkildə keçməsi üçün şəxsən çəkdiyiniz şəkliləri yerləşdirin. Yuxarıda qeyd olunan qaydaya cavab verməyən şəkillərin hamısı silinəcəkdir.
  • Qara siyahı
    • Operatora və ya moderatora qarşı hörmətsizlik etdikdə istifadəçinin əlaqə vasitələri blok olunacaq və o, eGallery.art saytında məhsul yerləşdirə bilməyəcək.
    • Saytın qaydalarını ilk dəfə pozduğu halda istifadəçiyə xəbərdarlıq edilir, bu hal təkrarlandıqda isə o, qara siyahıya düşür.
  • Mağazalar və Şirkətlər
    • Yuxarıda qeyd olunan qaydaların hər biri “Mağazalar və Şirkətlər” bölməsi üçün də keçərlidir.
  • Texniki dəstək xidməti
    • Texniki dəstək xidmətinin telefonları bazar ertəsindən cümə gününədək, saat 09:00-dan 19:00-a qədər, şənbə günü isə saat 09:00-dan 13:00-a qədər işləyir.
    • Texniki dəstək xidmətinə müraciət etdikdə mütləq məhsul nömrəsi (və ya problem istifadəçi adı ilə bağlıdırsa istifadəçiadı) qeyd olunmalıdır.
  • Qadağan olunmuş məhsul və xidmətlər
    • Qadağan olunmuş məhsullar və xidmətlərin yer aldığı məhsulların yerləşdirilməsinə yol verilmir. Eyni zamanda, məhsulda (başlıq, mətn, video) və ya istifadəçi adında erotik, pornoqrafik, ədəbsiz, ekstremist və ya eGallery.art saytının tələblərinə cavab verməyən digər məzmun və anlayışların istifadəsi yolverilməzdir.
    • Məhsul(başlıq) yalnız konkret məhsul və xidmətlər barəsində verin – ümumi reklam xarakterli və ya konkret təklif irəli sürməyən məhsullar yolverilməzdir.
    • Reklam xarakterli məlumatların, həmçinin aşağıdakı tip tanıtım reklamlarının yer aldığı məhsullar qadağandır:

– internet resursları (portallar, forumlar, tanışlıq saytları və s.);

– biznes (mağazalar, şirkətlər) və məhsul çeşidlərinin, xidmətlərin və qiymətlərin sadalanması.

Məsələn: Mağazamız bütün həftə saat 10-dan 22-dək işləyir.

  • Şübhəli gəlir əldə etmə üsulları, o cümlədən, internet üzərindən olan üsullar barədə məhsulların yerləşdirilməsi yolverilməzdir.

Məsələn: Elektron pul kisəsinə 10 AZN yükləyin və daha çox qazanın.
İcazəsiz və istifadə hüququ olmadan tanınmış brendlərin loqolarının və ticarət nişanlarının məhsulda və ya istifadəçi adında istifadə edilməsi qadağandır.

Yuxarıda qeyd olunan Qaydalardan hər hansı birinin pozulması məhsulun silinməsi üçün əsas ola bilər. (müvəqqəti olaraq – redaktə etmək imkanı olmaqla, həmçinin qəti olaraq – bərpa etmək hüququ olmadan).

Yuxarıda qeyd olunan Qaydalardan hər hansı birinin pozulması, həmçinin digər istifadəçilərin çoxsaylı müraciəti istifadəçi hesabının bloklanması ilə nəticələnə bilər.

Qaydalar, ödənişli xidmətlərin göstərilib-göstərilməməsindən (VIP, Premium və s.) asılı olmayaraq, BÜTÜN məhsullara şamil olunur. Qayda pozuntularına yol verilibsə, haqqı ödənilmiş(ödənişli reklam edilmiş) məhsullar da ləğv edilə bilər.

Əgər xidmət artıq göstərilibsə, ödənişli xidmətlərə görə edilən ödəniş geri ÖDƏNİLMİR. Həmçinin, xidmətin göstərilməsinin başlama vaxtı daha sonraya/əvvələ dəyişdirilmir, xidmət başqa məhsula keçirilə bilməz.

eGallery.ART saytının Rəhbərliyi Qaydaların istənilən vaxt birtərəfli qaydada, öncədən xəbərdarlıq etmədən dəyişdirilməsi və/və ya yenilənməsi hüququnu özündə saxlayır.