Haqqımızda

eGallery Azərbaycanın rəssamlıq incəsənət nümunələrinin ölkə daxilində və xaricində satışı ilə məşğuldur. Bundan əlavə, egallery.art Azərbaycan daxilində yaradıcılıq gecələri, gənc rəssamlara dəstək məqsədli sərgilər keçirir.

 

2019-cu ildə bir neçə gənc həvəskarların təşəbbüsü ilə yaradılmış “eGallery“, eyni zamanda, Azərbaycanımızın dəyərli sənət nümunələrinin tanıtımı və satışı ilə də məşğuldur.

 

Biz Azərbaycan incəsənətinin dəyərli qolu olan rəssamlıq sənətini dünyada tanıtmaq üçün əlimizdən gələni edirik. Hazırda rəssamlıq sahəsinin təbliği ilə məşğul olmağımıza baxmayaraq gələcək üçün planlarımızda digər incəsənət nümunələrini yerli və dünya bazarında tanıtmaq və satışını təşkil etmək də var.

eGallery Azərbaycanımızın sənətkarlarını (təcrübəsindən asılı olmayaraq hər kəsi) əməkdaşlığa dəvət edir. Biz gənc rəssamlarımıza əsərlərinin satışı və tanıtımı üçün əlimizdən gələni edəcəyik.

Sən də bizə qoşul, əsərlərini bizim portalımızdan tanıt və saytımızda sənin də elektron dükanın olsun!